BİNƏQƏDİ RAYONUNDA BİR SIRA TƏDRİS OCAQLARININ İNŞASI NƏZƏRDƏ TUTULUR
83, 179 və 301 nömrəli məktəb binalarının, 291 və 297 nömrəli uşaq bağçalarının əsaslı təmiri artıq başa çatdırılıb
20-02-2012 / 10:51
FaktXeber.com-un verdiyi məlumata görə, “2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial – iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Binəqədi rayonunda bir sıra müxtəlif təyinatlı obyektlərin, o cümlədən tədris müəssisələrinin inşası və təmiri ilə bağlı işlərin həyata keçirilməsi nəzərdə tutulub. Rayon icra hakimiyyətindən AzərTAc-a verilən məlumata görə, proqrama uyğun olaraq 83, 179 və 301 nömrəli məktəb binalarının, 291 və 297 nömrəli uşaq bağçalarının əsaslı təmiri artıq başa çatdırılıb.
Xocasən qəsəbəsində stadionun yenidən qurulması, 90 nömrəli uşaq bağçasının əsaslı təmiri isə yekunlaşmaq üzrədir. Xocasən qəsəbəsindəki 103 nömrəli məktəb üçün 640 yerlik tədris korpusunun, Biləcəri qəsəbəsindəki mədəniyyət və istirahət parkının və Binəqədi qəsəbəsində baytarlıq məntəqəsinin tikintisi üzrə işlər davam etdirilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.