Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edib
20-02-2012 / 10:13
FaktXeber.com xəbər ki,Azərbaycan ərazisində havaların yenidən soyuması ilə əlaqədar Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edib.
İdarədən bildirilib ki, Bakı-Quba-Qusar, Muğanlı-İsmayıllı yolları və Ağsu aşırımı buz bağlayıb. Buna baxmayaraq, bütün magistral yollar nəqliyyatın hərəkəti üçün açıqdır. Sürücülərə mövsümü qış şinlərindən, iki aparıcı oxu olan avtomobillərdən istifadə etmək tövsiyə olunur.
İdarədən o da bildirilib ki, ötən gün Azərbaycan ərazisində 13 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 1 nəfər ölüb, 22 nəfər yaralanıb. Ölümlə nəticələnən yol qəzası Kürdəmir rayonu ərazisində baş verib. “Hyundai” markalı maşının aşması nəticəsində bir nəfər ölüb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.