TƏBRİZDƏ XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ QEYD OLUNACAQ
Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar Təbriz şəhərində anma mərasimi keçiriləcək
19-02-2012 / 17:49
FaktXeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulluğunun təşkilatçılığı ilə keçiriləcək mərasimə İran rəsmiləri, Təbrizdəki diplomatik korpusun təmsilçiləri, şəhər ictimaiyyətinin nümayəndələri dəvət olunublar. Mərasimdə Xocalı soyqırımına aid sənədli film nümayiş etdiriləcək, kitab və foto sərgisi nümayiş olunacaq, iştirakçılara əyani vəsaitlər paylanacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.