GƏNCƏ DİNDARLARI BARƏDƏ 2 AYLIQ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİB
Bu gün Asəf Əliyev və İlham Əkbərov haqqında 5 günlük inzibati həbs cəzası verildikdən sonra, məhkəmə onlar barədə 2 aylıq həbs qəti-imkan tədbiri seçib
18-02-2012 / 17:31
FaktXeber.com-un verdiyi məlumata görə, dünən səhər saatlarında Gəncə ruhanisi Əliyev Asəf avtomobili idarə edərkən DYP tərəfindən saxlanılıb və Nizami RPŞ-ə aparılıb. Ailəsinin polisə müraciəti zamanı polis idarəsindən bildirilib ki, A.Əliyev orda saxlanılır, səbəb göstərilmir. Artıq Asəf Əliyev və İlham Əkbərov xuliqanlıqda ittiham olunurlar. Bu barədə vəkil Elçin Namazov məlumat verib.
Qeyd edək ki, İlham Əkbərov dünən şəhərin Kəpəz RPŞ əməkdaşları tərəfindən şöbəyə aparılıb. Onun taleyi barədə heç bir məlumat verilmirdi. Ailə üzvlərinə bildirilib ki, İ.Ələkbərov şöbədə saxlanılır. Lakin səbəbi bilinmir. İlham Ələkbərovun qardaşı KİV-ə deyib ki, saxlanılan şəxs polisdə döyülüb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.