OBAMA SEÇKİ KOMPANİYASI ÜÇÜN 68 MİLYON DOLLAR TOPLAYIB
Bunun 29.1 milyonu yanvar ayında toplanıb
18-02-2012 / 15:30
FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obamanın növbəti prezident seçkisi kampaniyası üçün yanvar ayında 29.1 milyon dollar pul toplanıb. Obamanın Demokrat Partiyası bu ilin noyabrında keçiriləcək prezident və Konqresə seçkilər üçün rəqib respublikaçılarla mübarizəyə hazırlaşır.
2011-ci ilin son üç ayında hakim partiya özünün seçki kampaniyası üçün 68 milyon dollar toplayıb. Müxalifətdə olan respublikaçıların namizədi olacağı gözlənən Mitt Romninin seçki kampaniyası üçün isə keçən ilin son üç ayında 24 milyon dollar toplanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.