Fevralın 18-i və 19-da ölkə ərazisində gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar dağ çaylarında sululuğun artacağı proqnozlaşdırılır
18-02-2012 / 15:23
FaktXeber.com-un verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, amma bu, Kür çayının suyunun səviyyəsinə elə güclü təsir göstərməyəcək.
Baş hidroloqun sözlərinə görə, düzən və alçaq dağlıq ərazilərdə qarın tədricən əriməsi ilə əlaqədar bu il fevralın 8-dən 13-dək Kür çayının suyunun səviyyəsində artım baş verib. Ancaq hazırda Kürün səviyyəsində enmə müşahidə edilir. Bu gün Kürün Sabirabad, Şirvan və Neftçala rayonlarından keçən hissəsində suyun səviyyəsi 2 sm aşağı düşüb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.