SON 24 SAAT ƏRZİNDƏ ÖLKƏDƏ BAŞ VERMİŞ FÖVQƏLADƏ HALLAR
Son 24 saat ərzində ölkə ərazisində 5 fövqəladə hal qeydə alınıb
18-02-2012 / 14:27
FaktXeber.com-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, son 24 saat ərzində ölkə ərazisində 5 fövqəladə hal qeydə alınıb.
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan talvarın yanar konstruksiyaları yanıb. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub;
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan mənzilin mətbəxində 1 ədəd “Minsk” markalı soyuducu və rəf 1 kv.m sahədə yanıb, mətbəx əşyaları isə yüksək temperaturdan qarsalanıb. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin həyat yoldaşı – 1938-ci il təvəllüdlü Elmira Səxavət qızı İsmayılovanın cəsədi aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2000 kv.m olan şadlıq sarayının dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə və yüksək gərginlikli elektrik kabelləri 2 p.m uzunluqda yanıb. Yanğın saat 21:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb;
Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirib, onun qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 00:07-də başa çatıb;
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan çayxananın taxta konstruksiyasından ibarət tavanı 20 kv.m sahədə yanıb. Yanğın saat 00:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.