Faktxeber.com-un verdiyi məlumata görə, «Flickr» şəbəkəsində işləyən Appurupai ləqəbli işçi Yaponiyanın Yurikamome yeni dəmir yolunun qatarından bir sıra fotolar çəkib. Yurikamome - süni ada Odayba ilə Tokionu birləşdirən yeni dəmir yolu xəttidir. Qeyd edək ki, bu Tokioda bütünlüklə avtomatlaşdırılmış ilk qatardır ki, onu insanlar yox, kompyuter idarə edir. Qatarda maşinist olmadığından birinci və sonuncu qatardan hərəkəti müşahidə etmək mümkündür. Beləliklə də Appurupai qatardan Yaponiyanın sənaye mənzərisini əks etdirən fotolar çəkib. Nəticədə abstrakt formada alınan şəkillər insanda elə təəssürat yaradır ki, elə bil naməlum dünyaya uçursan. Eyni görünən, həmçinin bir dəfə də təkrarlanmayan xətlərdə insanı hipnoz edən nəsə var. Sürətin və qatarın hərəkti əks olunan şəkillər çox kreativ və qeyri-adi alınıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.