Filippinin Aqusan del Sur əyalətində artıq neçə illərdir ki, itkin düşən insanların sayı artırdı. Uzun araşdırmalardan sonra bunun səbəbini heyvanlara və insanlara hücum edənin adamyeyən timsahda görüldü. 2009-cu ildə timsah 12 yaşlı qıza hücum edərək onun başını qoparmışdı, bu yaxınlarda isə bir fermerə hücum etmişdi.
2011-ci ilin avqustun sonlarında bu heyvana qarşı genişmiqyaslı ov başlandı. Ovçular əsasən toyuq, donuz və it ətindən istifadə edərək onu tələyə salmaq istəyirdilər. Lakin 50 yaşı olduğu hesab edilən qoca timsah insanların qurduğu tələyə düşmürdü. O, çox rahat şəkildə zəncirləri qıraraq, insanların gətirdikləri yeməklə qidalanırdı.
Nəhayət bir müddət əvvəl adamyeyən timsah zəncirlərdən birini qıra bilmir və heyvan ələ keçir.
Məlum oldu ki, uzunluğu 6,4 metr, çəkisi isə bir tondan artıq olan bu heyvan ölçülərinə görə Ginesin Rekordlar Kitabına düşmüş 5,48 metrlik timsahı da keçib. Onu «qablaşdırmaq» üçün 10 nəfər tələb olunurdu.
Həmçinin Bunavan kəndində ələ keçmiş heyvanın dəniz timsahları sinfinə daxil olduğu bildirilir.
Qeyd edək ki, adıçəkilən cinsə daxil olanlar dünyanın ən nəhəngi hesab edilir və 1 əsrdən çox yaşaya bilirlər. Filippində isə bu növ nəsli kəsilməkdə olanlar sinfinə daxil olub, səbəbi isə dərisinin dəbli aksesuarlar üçün istifadə edilməsidir.
Yerli hökumət nümayəndələri nəhəng adamyeyən timsah üçün xüsusi ərazi ayrılcağını və turistlər üçün ekskursiya turları təşkil olunacağını bildirib.




Aysel