137 ÖLKƏ BMT BAŞ ASSAMBLEYASINDA BƏŞƏR ƏSƏDƏ "XEYR" DEDİ
BMT Suriyada Bəşşər Əsəd hakimiyyətinin insan haqlarını pozduğunu qınayan qərar qəbul edib
18-02-2012 / 14:07
FaktXeber.com-un verdiyi məlumata görə, BMT Baş Assambleyasında keçirilən səsvermədə 137 ölkə qanununa ''bəli'', 12 ölkə isə ''xeyr'' deyib, 17 ölkə bitərəf qalıb.
Layihəni 193 üzvü olan BMT-yə rəsmi şəkildə təqdim edən Misir nümayəndəsi, Suriyanın öz xalqına qarşı törətdiyi əməlləri qınadıqlarını və bu ölkənin Ərəb Birliyinin tələblərinə cavab vermədiyini söyləyib.
Suriyanın BMT daimi nümayəndəsi səfir Bəşşər Cəfəri də layihənin səsverməyə təqdim edilməsindən əvvəl söz alaraq, BMT üzvü olan ölkələri qanuna qarşı səs verməyə çağırıb.
Cəfəri, Suriyanın öz ölkəsində vətəndaşlarını qorumağa, sabitlik və asayişi təmin etməyə haqqı olduğunu söyləyib.
Qərarın mətni
Qərarın mətni, BMT Təhlükəsizlik Şurasının Rusiya və Çinin vetosuna görə, 4 fevral tarixində qəbul etmədiyi və Mərakeş tərəfindən hazırlanan layihəyə bənzəyir.
Qərarın giriş hissəsində, Suriyada getdikcə pisləşən vəziyyətdən, davam edən insan haqqları pozuntularından və suriyalı səlahiyyətlilərin öz xalqına qarşı güc tətbiq etməsindən narahatlıq bildirilərək, Suriya rəhbərliyi, ölkədəki bütün insan haqqları pozuntularına və vətəndaşlara qarşı hücumlara son verməyə, xalqını qorumağa, beynəlxalq hüquqdan qaynaqlanan öhdəçiliklərini tamamilə yerinə yetirməyə çağırılır.
Qərarın əsl paraqraflarında isə Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə, ərazi bütövlüyünə güclü dəstək verilərək, bu ölkədəki siyasi böhranın sülhlə həll edilməsinin vacibliyi vurğulanır və suriyalı səlahiyyətlilərin törətdikləri bütün insan haqqları pozuntuları qınanır.
Qərarda Suriyada silahlı qruplar da daxil olmaqla bütün tərəflər güc tətbiqini sona çatdırmağa çağırılır, bu cür hərəkətlər qınanır və bu əməlləri törədənlərin cavab verəcəkləri vurğulanır.
"Dünya sizinlə birlikdədir"
ABŞ-ın BMT daimi nümayəndəsi səfir Susan Rays, qərarın qəbulundan sonra verdiyi açıqlamada, ''bu qərar Suriya xalqına açıq mesaj göndərdi; dünya sizinlə birlikdədir. Bəşşər Əsəd heç vaxt bu qədər təcrid edilməmişdi. Beynəlxalq cəmiyyət Suriyada demokratiyaya sürətli keçişi dəstəkləyir. Dəyişiklik artıq baş verməlidir'', - deyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.