MMDİB SƏDRİ HACI MEHDİ MƏMMƏDOV NARKOTİKLƏ SAXLANILIR
"Milli-Mənəvi Dəyərlər" İB-nin sədri Hacı Mehdi Məmmədov saxlanılarkən üzərindən eroin "götürülüb"
18-02-2012 / 13:43
FaktXeber.com xəbər verir ki, "Milli-Mənəvi Dəyərlər" İB-nin sədri Hacı Mehdi Məmmədov vəkili Zaman Səmədovun İslamazeri.az-a bildirib ki, Binəqədi Rayonu Baş Polis İdarəsi Mehdi Məmmədovla bağlı heç bir məlumat vermir.
Vəkil bilidirib: "102 məlumat bürosu isə Mehdi Məmmədovun saxlanılarkən üzərindən 0,236 qram eroin "götürülərək" zərərsizləşdirilib və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb. 102-dən bildirilib ki, sabah Binəqədi rayonu Baş Polis İdarəsinə müraciət edilsin. Çox güman sabah hadisə ilə əlaqədar ətraflı məlumat əldə edəcəyik".
Qeyd edək ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaqdır. Üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.