Avstriyada tətildə olan hollandiyali şahzadə Johan Friso xizək sürərkən uçqun altına düşüb
18-02-2012 / 13:30
FaktXeber.com-un verdiyi məlumata görə, 2004-ci ildə şahzadə taxtından imtina edən hollandiyalı Johan Friso Avstriyada uçqun altında qalıb. 15 dəqiqədən sonra uçqun altından çıxarılan şahzadə dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Hollandiya baş naziri Mark Rutte, hadisə ilə bağlı açıqlama verərək qeyd edib ki, kraliçanın bədbəxt hadisə ilə üzləşməsinin səbəbi təkcə uçqun olmayıb. İstirahət mərkəzinin rəhbərliyindən məlumata verilib ki, hadisə günorta saatlarında baş verib və şahzadadən başqa heç kim uçqun altında qalmayıb. Lech şəhərinin bələdiyyə sədri Ludviq Muxel şahzadənin 30-40 metr hündürlükdə qar topasının altında qaldığını bildirib. Hollandiya hökumətindən verilən rəsmi açıqlamada qeyd edilir ki, şahzadənin vəziyyətinin stabil olmasına baxmayaraq, təhlükə hələ də davam edir. Avstriyanın Alp dağlarına bu il yağan qar normadan artıq olub. Bölgədə bir neçə dəfə uçqun hadisəsi baş verib.
Qeyd edək ki, Prens Friso, 2004-ci ildə insan haqları müdafiəçisi Mabel Visse Smitle ailə qurduğuna görə, şahzadə taxtından imtina edib. Buna səbəb isə şahzadə taxtına çıxmaq istəyən şəxsin digərləri ilə evlənməsini qadağan edən qanun olub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.