Qatillər ev sahibəsini öldürdükdən sonra evi yandırıblar
18-02-2012 / 13:02
FaktXeber.com xəbər verir ki, Bakıda BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri olmuş Fuad Hüseynovun anası xüsusi amansızlıqla qətlə yetirilib. Bu barədə Binəqədi rayon prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə ötən gecə Azadlıq prospektində yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1938-ci il təvəllüdlü Elmira Səxavət qızı İsmayılova naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Ev sahibəsi qətlə yetirildikdən sonra mənzil yandırılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını ala biliblər.
İlkin ehtimala görə, qətl qarət məqsədilə törədilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən qadın BMT-nın Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.