Bakı şəhər sakinlərindən tapança və vasitələri götürülüb
18-02-2012 / 12:54
FaktXeber.com Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yasamal RPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Seymur Zeynalovdan 1 ədəd "Carl Valther" markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron götürülüb.
Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Hacı Əliyevdən 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürülüb.
Qeyd edək ki, Seymur Zeynalov adlı dindar dünən axşam saatlarından etibarən Yasamal Rayon Baş Polis İdarəsində saxlanılırdı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.