1968-ci ildə çəkilmiş "Uşaqlığın son gecəsi" filmindən maraqlı bir fraqment
18-02-2012 / 12:06
Məzmun
Kinopovest gənclər haqqındadır. Burada şəxsiyyətin formalaşmasından, həyata yenicə atılan gəncin çətinliklərə, həyatdakı mənəvi təzadlarla qarşılaşmasından, gənc yaşlarından əsl insan, prinsipal, məsuliyyətli vətəndaş olmağın zəruriliyindən danışılır.
Festivallar və mükafatlar
1969-cu ildə Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalı
Gənclik üçün ən yaxşı filmə görə Mükafat verilmişdir.
Bəstəkar Polad Bülbüloğluna ən yaxşı musiqiyə görə Xüsusi Diplom verilmişdir.
Film haqqında
Film aktyor Səməndər Rzayevin kinoda ilk işidir.
Film üzərində işləyənlər
Ssenari müəllifi : Maqsud İbrahimbəyov
Quruluşçu rejissor : Arif Babayev
Quruluşçu operator : Zaur Məhərrəmov
Quruluşçu rəssam : Elbəy Rzaquliyev
Bəstəkar : Polad Bülbüloğlu
Səs operatoru : Kamal Seyidov
Montaj edən : Tahirə Babayeva
Rejissor : Fikrət Əliyev
Operator : Şərif Şərifov
Mahnıların mətni : Fikrət Qoca
Redaktorlar : Y. Vəkilov, N. İbrahimova
Rejissor assistentləri : Mirzəbala Məlikov, Akif Rüstəmov
Operator assistentləri : Vaqif Muradov (V. Muradov kimi), Sərdar Vəliyev (S. Vəliyev kimi)
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Filmin direktoru : Yusif Yusifzadə
Çalır : SSRİ Nazirlər Soveti Yanında Kinematoqrafiya Komitəsinin Orkestri
Dirijor : D. Ştilman
Rollarda
Ənvər Həsənov- Murad
Səyavuş Şəfiyev- Rüstəm
Ətayə Əliyeva- Mənsurə
Törəxanım Zeynalova- nənə
Ələkbər Seyfi- İsmayıl
Xosrov Abdullayev- Məcnun
Tofiq Mirzəyev- Rüfət
Megi Kejeradze- Elya
Qorxmaz Atakişiyev- Zaur
Məmmədsadıq Nuriyev- Davud
İnsaf Məmmədova- Sevda
Yusif Vəliyev- böyük iş icraçısı
Rafiq Tağıyev- Sürücü
Məlik Dadaşov- Nağıyev
Muxtar Maniyev- Tahir
Hökümə Qasımova-Davudun arvadı
V. Şeyman
Səməndər Rzayev- milis işçisi
Əbdül Mahmudov-milis işçisi
N. Atakişiyev
A. Məmmədov
Dadaş Kazımov-çəkməçi
Yusif Yulduz- kombinat işçisi
Nazim Əsgərov-məhəllə sakini
Rafiq Əzimov-fəhlə
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.