Qubernator Kris Kristi bildirib ki, bu cür məsələləri qanunvericilər deyil, ştatın sakinləri referendum vasitəsilə həll eləməlidirlər
18-02-2012 / 11:52
Faktxeber.com-un verdiyi məlumata görə, Amerikanın Nyu-Cersi ştatının qubernatoru Kris Kristi həmcinslərin evliliyini qanunlaşdıran layihəyə veto qoyub.
O bildirib ki, bu cür məsələləri qanunvericilər deyil, ştatın sakinləri referendum vasitəsilə həll eləməlidirlər.
Qubernatorun vetosunu ləğv etmək üçün demokratlara ştat qanunvericilərinin hər iki palatasından 2/3 nümayəndənin səsini toplamalıdırlar.
Qeyd edək ki, Respublikaçılar Partiyasının nüfuzlu siyasətçisi ABŞ vitse-prezidentliyinə namizədlər siyahısındadır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.