Cari ildə rayonun daha 11 kəndinə qaz verilməsi nəzərdə tutulub
18-02-2012 / 11:10
FaktXeber.com-un verdiyi məlumata görə, Beyləqan rayonunun Əlinəzərli kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimlərdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev, Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov, Milli Məclisin deputatları Ayaz Orucov və Çingiz Qənizadə sakinləri təbrik ediblər, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, görülən işlərdən danışıblar.
Məlumat verilib ki, Əlinəzərli kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 12,5 kilometr olan müxtəlif diametrli qaz kəmərləri çəkilib, 311 qaz sayğacı quraşdırılıb.
Qeyd edək ki, indiyədək Beyləqan şəhəri, Şəfəq qəsəbəsi, Dünyamalılar, Birinci Aşıqlı, Orta Əlinəzərli kəndləri “mavi yanacaq”la təmin olunub. Hazırda rayonun İkinci Aşıqlı, Eyvazalılar, Tatalılar, Təzəkənd, Kəbirli və Bolsulu yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir. Cari ildə Allahyarlı kəndinin, Yuxarı Aran, Mayak, Yeni Mil qəsəbələrinin də qazlaşdırılması nəzərdə tutulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.