HƏYAT YOLDAŞINI BALTALAYAN ƏR ÖZÜNÜ 7-ci MƏRTƏBƏDƏN ATDI
Azərbaycanda həyat yoldaşını baltalayan ər daha sonra özünü 7-ci mərtəbədən ataraq intihar edib
18-02-2012 / 10:57
Faktxeber.com xəbər verir ki, Azərbaycan paytaxtında dəhşətli cinayət törədilib. Bu barədə Yasamal Rayon Polis İdarəsindən bildirib.
Hadisə ötən gecə Yeni Yasamal, ev 11, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 42 yaşlı Nail Qədirşah oğlu Tahirov həyat yoldaşı, 34 yaşlı Simuzər Tahirovanı baltalayıb. Qadının öldüyünü düşünən ər daha sonra 7-ci mərtəbədən özünü atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Hadisə baş verən mənzilə gələn qonşular qadının ağır yaralı olduğunu görüblər. Simuzər Tahirova dərhal xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.