ƏFQANISTANDA DÜNYANIN ƏLLƏ YAZILMIŞ ƏN BÖYÜK QURANİ-KƏRİMİ NÜMAYİŞ OLUNUB
Bu Quranın 2 metr uzunluğu, 3 metr isə eni var
17-02-2012 / 17:51
Əfqanıstanda dünyanın ən böyük Qurani-Kəriminin hazırlanması böyük müvəffəqiyyətlə başa çatıb. FaktXeber.com-un verdiyi məlumata görə, 218 səhifə üzərində dekorasiyaya edilmiş və 30 fərqli xətt dizaynlarıyla işi başa çatdırmaq beş il davam edib. Dünyanın ən böyük Qurani-Kəriminin təqdimatına din xadimləri, alimlər və hökumət nümayəndələri iştirak edib.
2 metr uzunluğu, 3 metr eni və 218 səhifədən ibarət olan Qurani-Kərimi bitirmək üçün 30 xəttat işləyib. Bundan əvvəlki ən böyük Quran isə Tatarıstan Respublikasının paytaxtı Kazandadır. Onun 2 metr uzunluğu və 1,5 metr eni var.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.