Ərəstun Oruclu: "AŞPA-da bəzi vaxtlar olur ki, müəyyən məsələlər dövlətlərin öhdəlik götürməsində sonra gündəmdən çıxarılır"
17-02-2012 / 17:20
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd edib ki, Azərbaycandakı siyasi məhbus məsələsi Avropa Şurasının gündəliyindən çıxarılıb. O, bu sözləri AŞPA məruzəçisi Kristof Ştrasserin Bakıya səfərinə problem yaradılması barədə deyilənlərə münasibət bildirərkən qeyd edib. Siyasi məhbus məsələsinin Avropa Şurasının gündəmindən çıxarılmasının səbəbi nədir? Bir halda ki, ölkədə kifayət qədər siyasi məhbuslar var.
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu maraqlı fikirlər səsləndirib. Öhdəliyin müvəqqəti olaraq götürülməsinin mümkün olduğunu qeyd edən Ərəstun bəy, “ola bilsin bu məsələ hələlik olaraq çıxarılıb. Səməd Seyidov “hələlik” deməyi yəqin ki, unudub”, - deyə bildirdi: “AŞPA-da bəzi vaxtlar olur ki, müəyyən məsələlər dövlətlərin öhdəlik götürməsindən sonra gündəmdən çıxarılır. Hakimiyyət yəqin ki, Avropa Şurasına hansısa bir müddətə qədər siyasi məhbusların buraxılacağına dair söz verib.”
Politoloq sonda qeyd etdi ki, “Eurovision” mahnı müsabiqəsinə qədər müəyyən məhbusların azadlığa buraxılması gözləniləndir: “Sağlam məntiq və hadisələrin gedişatı bunu göstərir ki, “Eurovision”a qədər siyasi məhbusların bir hissəsi buraxılsın”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.