Standart & Poor: "RUSİYADA 2012-Cİ İLDƏ 3.5 FAİZ ARTIM OLACAQ"
Keçən il ölkədən 84 milyard dollar nağd valyuta çıxarıldığını açıqlayan S&P, bunun ölkə tarixinin ən böyük ikinci səviyyəsi olduğunu bildirir
17-02-2012 / 17:19
Beynəlxalq reytinq agentliyi olan Standart & Poor, Rusiyada 2012-ci ildə 3,5 faiz artım olacağını açıqlayıb. İlin ilk yarısında dinamik artım qeydə alınacağı, ikinci yarısında isə artımın bir qədər azalacağı bildirilir.
FaktXeber.com-un verdiyi məlumata görə, Rusiya iqtisadiyyatının yüksək səviyyədə sənaye istehsalı, istehlakçı tələblərinin artması və azalan işsizlik səbəbindən 2011-ci ili 4,2 faiz artımla başa vurduğunu söyləyən Standart & Poor, həddindən artıq səviyyədə nağd valyuta çıxışı və sərmayə mühitlərində gözlənilən müsbət dəyişikliyin yaranmaması, artımda sabitliyə maneə yaradır.
Keçən il ölkədən 84 milyard dollar nağd valyuta çıxarıldığını açıqlayan S&P, bunun ölkə tarixinin ən böyük ikinci səviyyəsi olduğunu bildirir.
S&P-yə görə, prezident seçkilərindən sonra yaranacaq yeni hökumətin strukturunun islahat mövzusunda nə qədər istəkli olacağı naməlumdur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.