7 yaşlı öküzün buynuzunun bundan sonra 2 dəfədə böyüyə biləcəyi bildirilir
17-02-2012 / 16:46
Dünyanın ən uzun buynuzları Avstraliyanın Kvinslend ştatında vəhşi təbiət parkında yaşyan texas öküzündədir.
Onların uzunluğu 3 metrdir.
Bununla belə, 7 yaşlı öküzün buynuz böyüməkdə davam edəcəyi bildirilir.
Öküzün sahibi 50 yaşlı Maykl Betel öz həyat yoldaşı ilə həmin parkda işləyir. Onun sözlərinə görə artıq 14 ildir ki, Texas öküzlərini bəsləməyə başlayıb: «Bu heyvanın isə cəmi 7 yaşı var. Hesab edirəm ki, onun buynuzu bundan sonra 2 dəfədə böyüyə bilər».
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.