"Siyasi hərəkat yaratmaqda Rəsul Quliyevin iddiasının nədən ibarət olduğu onun şəxsi fikridir. Azərbaycan xalqının isə Rəsul Quliyevi dəstəkləmək fikrinin olmadığını isə qəti şəkildə deyə bilərəm"
17-02-2012 / 16:24
FaktXeber.com xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katib Əli Əhmədov açıqlamasında deyib ki, kimsə Azərbaycanda qeyri-qanuni yollarla nə isə etmək istəyirsə, Yeni Azərbaycan Partiyası təbii olaraq ona qarşıdır.
Rəsul Quliyevin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsisçilərindən biri kimi hakimiyyətə iddialı olmasına gəldikdə, Ə. Əhmədov bildirib ki, onun prezidentliyə iddialı olması öz işidir: “Əsas məsələ xalqın kimə səs verməsidir. Hesab edirəm ki, Azərbaycan xalqı 2013-cü ilin prezident seçkiləri ilə əlaqədar öz mövqeyini açıq şəkildə müəyyən edib. Prezident seçkiləri ilə əlaqədar artıq bu gün səsləndirilən fikirlər bundan xəbər verir”.
Ə. Əhmədov qeyd edib ki, R. Quliyevin prezidentlik iddiasının reallaşması üçün Azərbaycanda ona hər hansı ictimai dəstəyin olacağını düşünməyə əsas yoxdur. \apa
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.