AVROPALI UŞAQLAR BİLİK SƏVİYYƏSİNƏ GÖRƏ ASİYALILARDAN 3 İL GERİ QALIR
Alimlər bunun səbəbini, Asiya məktəblərində şagirdlərə qarşı tələbkarlıqda, praktik məşğələlərdə və yüksək pedoqoji standartlarda görürlər
17-02-2012 / 13:51
Faktxeber.com-un verdiyi məlumata görə, avstraliyalı alimlər müəyyən ediblər ki, avropalı və amerikalı uşaqlar bilik səviyyələrinə görə asiyalı həmyaşıdlarından 3 il geri qalırlar.
Alimlər bunun səbəbini, Asiya məktəblərində şagirdlərə qarşı tələbkarlıqda, praktik məşğələlərdə və yüksək pedoqoji standartlarda görürlər.
Onlar həmçinin bildiriblər ki, bu uğurluluq valideynlərin tələbkarlığından, yaxud da zəngin həyat sürmələrindən asılı deyil.
Alimlərin hesabatına görə dünyada ən yaxşı təhsil sistemi Honkonq, Cənubi Koreya, Şanxay və Sinqapurdadır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.