İntensiv tənqiddən sonra Honkonq Administrasiyasının gələcək rəhbəri siyasətçi Henri Tan zirzəminin həyat yoldaşının idyeası ilə tikdirdiyini bildirib
17-02-2012 / 13:10
Faktxeber.com-un verdiyi məlumata görə, Honkonq Administrasiyasının gələcək rəhbəri siyasətçi Henri Tanın villalarının birində yeraltı obyekt tikdirməsi siyasi qalmaqala səbəb olub.
Yeraltı anbar hovuzun altındadır ki, bu da tikinti normalarının pozulmasıdır.
Birinci dəfə zirzəmi barədə məlumat gedərkən, Tan bunun sadəcə çala olduğunu bildirmişdi.
Lakin sonradan qəzetlər yeraltı zirzəminin daxili planını yaydılar. Burada aydın görünürdü ki, tikilidə cakuzi və daha bir neçə iri otağın tikilməsi gözlənilir.
İntensiv tənqiddən sonra Tan zirzəminin həyat yoldaşının idyeası ilə tikdirdiyini bildirib. O, jurnalistlərə yalan demək məsələsini isə inkar edərək, əslində həyat yoldaşını ittihamlardan qorumaq istədiyini vurğulayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.