2012-ci ilin aprel ayında "Hewlett-Packard" şirkətinin "İntel" korporasiyasının aparat platformasında hazırlanmış "Z1" stolüstü kompyuteri satışa çıxarılacaq
17-02-2012 / 12:07
İstehsalçı bəyan edib ki, “Z1” dünyada monoblok tipli korpusda hazırlanmış 27 düymlü ekrana malik ilk işçi stansiyadır. “IPS” panellə olan ekran 2560×1440 piksel təsvir ölçüsünə malikdir.
Stolüstü kompyuter minimal konfiqurasiyada 3,33 QHz takt tezlikli ikinüvəli “Core i3-2120” prosessoru, maksimal konfiqurasiyada isə 3.5 QHz takt tezlikli dördnüvəli “Xeon E3-1280” server çipi ilə təchiz edilib. Məlumatların saxlanılması üçün 2 TB tutuma malik sərt disk təklif edilir.
Yeniliyin arsenalında “HD” video (1080p) formatını dəstəkləyən 2 meqapikselli kamera, “Blu-ray” optik qurğusu, 2 ədəd “USB 3.0” və 4 ədəd “USB 2.0” portu var. Kompyuterin altlıqla birlikdə ölçüləri 660×584×419 mm təşkil edir. Əməliyyat sistemi kimi “Windows 7” və ya “SUSE Linux Ent Desktop 11” quraşdırıla bilər. İşçi stansiya satışa 1900 dollar qiymətinə çıxarılacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.