FaktXeber.com-un verdiyi məlumata görə, dünya birjalarında "qara qızıl" yenidən bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,51 dollar və ya 0,5% artaraq 1 barelə görə 102,31 dollar təşkil edib. ICE London qitələrarası birjasında isə martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,18 dollar və ya 1,1% artaraq 120,11 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 2,01 dollar artaraq 123,62 dollara satılıb.
Analitiklərin bildirdiyinə görə, neft qiymətlərindəki bu gün kəskin qiymət artımı, İran Avropanın 6 ölkəsinə - Hollandiya, İspaniya, Fransa, Yunanıstan, Portuqaliya və İtaliyaya neft ixracını dayandırması ilə bağlıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.