Gecə məktəblilərin evə gəlmədiyini görən valideynləri dərhal polisə məlumat verib
16-02-2012 / 19:16
Faktxeber.com-un verdiyi məlumata görə, Zaqatalanın Aşağı Tala sakinləri 5 saylı orta məktəbin 9-cu sinif şagirdləri Orxan Məcid oğlu Buttayev və Rəşid Sabir oğlu Gilanovun itkin düşüb.
Bu barədə onların valideynləri rayon Polis Şöbəsinə məlumat verib. Ailə üzvlərinin dediyinə görə, O. Buttayev dünən günorta saatlarında sinif yoldaşı Rəşid Gilanovdan kitab götürmək adı ilə evdən çıxıb. Daha sonra isə onlar birlikdə naməlum istiqamətdə gediblər. Gecə məktəblilərin evə gəlmədiyini görən valideynləri dərhal polisə məlumat verib.
Polis adıçəkilən şəxsləri itkin düşmüş kimi qeydiyyata alıb. Hazırda məktəblilərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, bir neçə ay əvvəl də Zaqatala 11 yaşlı məktəbli yoxa çıxıb. 2000-ci il təvəllüdlü, Zaqatala rayon Yuxarı Tala kənd 2 saylı məktəbin 6-cı sinif şagirdi Ömərov Loğman Məhəmməd oğlu dekabrın 7-də evdən çıxıb, bir daha geri qayıtmayıb. Hələlik həmin məktəblini də tapmaq mümkün olmayıb/apa.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.