Faktxeber.com-dan Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Zığ limanında balıqçı gəmisində partlayış zamanı həlak olan 4 nəfərin kimliyi məlum olub.
Bunlar gəminin kpitanı 1964-cü il təvəllüdlü Hacı Həsən oğlu Xalutayev, mexanik Sahib Feyzullayev, matros Maarif Ağayev, qaynaqçı 1960-cı il təvəllüdlü Mehman Cəmil oğlu Hacıyevdir.
İlkin məlumata görə, təmir işləri zamanı yaranmış partlayış yanğınla nəticələnib. Alovun qarşısı saat 14:10-da yanğınsöndürənlər tərəfindən alınıb.
Bəyanatda gəminin Qazaxıstana məxsus olmadığı açıqlanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.