BOKSDA RƏQİBİNƏ QALİB GƏLƏN ÇEMPİON AZARKEŞLƏR TƏRƏFİNDƏN DÖYÜLDÜ (video)
Filippin XİN rəhbəri hadisəylə əlaqədar Argentina hökumətinə nota verib
16-02-2012 / 17:08
Faktxeber.com-un verdiyi məlumata görə, Argentinanın Mar-del-Plata şəhərində İBF versiyası ilə keçirilən boks üzrə dünya çempionu titulu üzrə mübarizə diplomatik skandala başa çatıb.
Filippin XİN rəhbəri fevralın 11-də hadisəylə əlaqədar Argentina hökumətinə nota verib.
Belə ki, filippinli Conril Kasimero ilə argentinalı Luis Lasarte arasında keçirilən yarışda asiyalı boksyor 10-cu raunda texniki nokautla qalib gəlir. Lakin qalibin elan edildiyi an yerli qəhrəmanın məğlubiyyətindən qəzəblənən argentinalı azarkeşlər rinqə cumaraq Kasimero və onun komandasını döyməyə başlayırlar. Bu zaman stul və içki şüşələrindən də istifadə edilir.
Dünya çempionunu ancaq polis xilas edə bilib.
Sonradan məlum olur ki, təkbətək döyüşün hakimi Eddi Klaudio hospitalizə edilib.
Qeyd edək ki, döyüşün özü də çirkin keçib – Lasarte iki dəfə rəqibinin çiynindən dişləyib.
Argentinanın Filippindəki səfirliyi hadisə ilə əlaqədar rəsmi üzrxahlıq bəyanatı yayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.