SİYASİ MƏHBUS MƏSƏLƏSİ AVROPA ŞURASININ GÜNDƏLİYİNDƏN ÇIXARILIB
Azərbaycandakı siyasi məhbus məsələsi Avropa Şurasının gündəliyindən çıxarılıb - Səməd Seyidov
16-02-2012 / 16:53
FaktXeber.com xəbər verir ki, Azərbaycan açıq və demokratik ölkədir. Hər kəs bizim ölkəyə gələ bilər. Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov AŞPA məruzəçisi Kristof Ştrasserin Bakıya səfərinə problem yaradılması barədə deyilənlərə münasibətində bildirib.
O vurğulayıb ki, məruzəçi kimi gələnin əlində mandatı olmalıdır: “Azərbaycanda siyasi məhbus məsələsi Avropa Şurasının gündəliyindən çıxarılıb. Söhbət Avropada siyasi məhbus anlayışından gedir. Məruzəçi bu mandatla Azərbaycana gələ bilər. Bu gün Azərbaycanla Avropa Şurası arasında münasibətləri korlamaq istəyən qüvvələr var. Biz heç kəsin Azərbaycana gəlməsinin qarşısını almırıq. Başqa ölkələrdə insan haqlarının pozulmasını görməyib, bunu Azərbaycanda axtaranlara isə imkan yaratmayacağıq”.
Deputat Azərbaycan nümayəndə heyətinin AŞPA-nın qış sessiyasında Xocalı soyqırımının tanınması üçün məruzə hazırladığını da bildirib. Onun sözlərinə görə, hazırda sözügedən məsələ ilə bağlı Milli Məclis ikitərəfli əməkdaşlıq və beynəlxalq səviyyələrdə iş aparır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.