DÜNYANIN ƏN BÖYÜK AVİAŞİRKƏTLƏRİNDƏN OLAN "LUFTHANSA"DA TƏTİL OLACAQ
Frankfurt aerodromunda yerli heyətin bu gün edəcəyi tətildən əvvəl 100 səfər ləğv edilib
16-02-2012 / 16:20
FaktXeber.com-un verdiyi məlumata görə, Almaniyanın "Lufthansa" aviaşirkətinin mətbuat katibi yerli vaxtla saat 15.00-22.00 arasında ediləcək tətillə əlaqədar olaraq, Frankfurt aerodromunda 100 reysi ləğv etdiklərini açıqlayıb.
Bu 100 səfər arasında yalnız iki səfərin qitələrarası olduğunu söyləyən səlahiyyətli, tətilin sabah da 08.00-22.00 arasında davam etdirilməsinə qərar verdiklərini bildirirək, əlavə açıqlama verməyib.
Qeyd edək ki, Frankfurt aerodromundakı işçi heyəti əməkhaqqlarının nəzərə çarpacaq dərəcədə artırılmasını və iş şərtlərinin yaxşılaşdırılmasını istəyirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.