Partlayış nəticəsində veteran Tom Holloveyin ağzındakı bütün dişləri tökülüb, dilinin yarısı qopub
16-02-2012 / 16:08
Faktxeber.com-un verdiyi məlumata görə, Floridanın Naysvill ştatında 87 yaşlı Vyetnam veteranı Tom Hollovey elektrik siqaretininin ağzında partlaması nəticəsində dəhşətli yanıq xəsarəti və travma alıb.
Partlayış nəticəsində onun ağzındakı bütün dişləri tökülüb, dilinin yarısı da qopub.
Şappıltı və qışqırıq səsinə o biri otağa keçən qadın ərini qanlar içində görərək təcili yardım çağırıb.
Bundan əlavə, yanğınsöndürənə də ehtiyac olub. Çünki siqaretdən çıxan batareya şkafa düşərək onu yandırır.
Yanğınsöndürənlərin sözlərinə görə partlayan qurğunun markasını öyrənmək mümkün deyildi. Onlar partlayışa saxta akkumlyatorun səbəb ola biləcəyini deyiblər: «O, faktiki olaraq ağzında fişənglə gəzirmiş».
Tom Hollovey siqaret aludəçiliyini tərk etmək üçün iki il əvvəl onun elektron variantından istifadə etməyə başlayıb. Hazırda veteran intensiv terapiya şöbəsindədir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.