Ötən ilin dekabrında həbsdən azad edilmiş AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı Sumqayıt Dövlət Universitetinə bərpa olunub.
Cabbar Savalanlı bildirib ki, təhsilini ikinci kursun ikinci semestrindən davam etdirəcək. O, fevralın 17-dən dərslərdə iştirak edəcəyini söyləyib.
Cabbar Savalanlı 2011-ci il fevralın 5-də tutulub, narkotik vasitəni əldə etmə və saxlamada təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il dekabrın 26-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
Həbs olunan zaman Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi olan Cabbar Savalanlı 2011-ci ilin aprelində bu təhsil ocağından xaric edilmişdi. \Azadlıq
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.