İstanbulun bir neçə məhəlləsində isə marketlərə hücum olub
16-02-2012 / 16:02
FaktXeber.com-un verdiyi məlumata görə, Türkiyənin İstanbul şəhəri Demirkapı məhəlləsi Yonca küçəsinə gələn maskalı şəxslər Ateştuğla-Eminönü marşrutu üzrə hərəkət edən 34 ZD 7226 nömrəli avtobusa molotov kokteyli atıblar. Sərnişinlər dərhal avtobusu tərk ediblər.
Eyni saatlarda Bağçılar məhələsindəki marketə də maskalı şəxslər molotov kokteyli atıblar.
Maddi ziyana səbəb olan hər iki hücumdan sonra bölgəyə antiterrorterror dəstələri göndərilib.
Ümraniye Esenşehir məhəlləsində də bir qrup maskalı şəxs şüarlar səsləndirərək, marketlərə daş və dəyənəklərlə hücum ediblər. Həmçinin Sultanqazi Cebeci məhəlləsi 2480 ünvanında da bir marketin qarşısında partlayış baş verib.
Bütün hadisələrlə bağlı istintaq aparılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.