FHN GƏMİDƏ BAŞ VERMİŞ PARTLAYIŞLA BAĞLI MƏLUMAT YAYIB - (Video)
FHN Zığ limanındakı gəmidə baş vermiş partlayışla bağlı məlumat yayıb
16-02-2012 / 15:50
Fövqəlada Hallar Nazirliyi (FHN) Bakıda Zığ limanında gəmidə baş vermiş partlayışla bağlı məlumat yayıb. FaktXeber.com nazirliyin saytına istinadən verdiyi məlumata görə, Xətai rayonunda Zığ limanında balıqçı gəmisində partlayış baş verib. İlkin məlumata görə, təmir işləri zamanı yaranmış partlayış yanğınla nəticələnib. Alovun qarşısı saat 14:10-da yanğınsöndürənlər tərəfindən alınıb. Hadisə yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 4 nəfərin cəsədi aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.