Kəloğlan rolu ilə insanların könüllərini fəth edən aktyor Rüştü Asyalı xəstəxanaya aparılıb
16-02-2012 / 15:42
FaktXeber.com xəbər verir ki, bel ağrısı şikayətiylə dünən Yaxın Şərq universiteti (YDÜ) xəstəxanasına müraciət edən, Kəloğlan rolu ilə insanların könüllərini fəth edən aktyor Rüştü Asyalının vəziyyətinin yaxşı olduğu bildirilir.
Aktyor Rüştü Asyalının əməliyyatını Yaxın Şərq universiteti xəstəxanasının beyin və sinir cərrahı Erkan Kapnatoğlu həyata keçirib.
Qeyd edək ki, 1971-1975 illərdə dörd "Keloğlan" filmində rol alan Rüştü daha sonra "Yaman Cavan" və "Dangalak" adlı filmlər ində rol alıb.
Kəloğlan kim olub?
Kəloğlan, (və ya Keloğlan) - Türk və Anadolu nağıl qəhrəmanıdır (keçəl oğlan). Türk və altay mifologiyasında, xalq mədəniyyətində və nağıllarda adı çəkilən saçsız qəhrəmandır. Kəloğlan, Anadolu Türk nağılları arasında əhəmiyyətli bir yerə malikdir. Anası ilə yaşayan Kəloğlan, kasıb bir cavandır. Dolanmaq üçün bir çox işə girib çıxır. Bacarıqsız və safdır, ancaq yeri gəldiyində hazır cavab olması və qarşılaşdığı problemlərə ağıllı, praktik həllər tapmağı bilər. Bu xüsusiyyətləriylə də, hər nağılın sonunda mütləq muradına çatan bir qəhrəmandır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.