FaktXeber.com xəbər verir ki, Bakıda Zığ qəsəbəsindəki yanalma körpüsündə gəmi partlayıb. Partlayış nəticəsində güclü yanğın əmələ gəlib.
Şahidlərin sözlərinə görə, partlayış nəticəsində gəmidə olan 4 nəfər dünyasını dəyişib. Hazırda hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin xilasediciləri və təcilii tibbi yardım maşınları gəlib.
Azərbaycan Dövlət Dəniz Administrasiyası faktı təsdiqləyib. İlkin ehtimala görə, partlayış qaynaq işlərinin aparılması üçün istifadə olunan qaz balonlarından sızma nəticəsində baş verib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.