KXDR-li NAZİR QƏZƏDA HƏLAK OLSA DA, SABİQ LİDERİN YUBİLEYİNƏ GÖRƏ DƏFN OLUNMUR
Fevralın 14-də həlak olan ticarət naziri və daha 4 yüksəkrütbəli məmur ancaq bayram mərasimi qurtarandan sonra torpağa tapşırılacaq
16-02-2012 / 15:00
Faktxeber.com-un verdiyi məlumata görə, KXDR-nın ticarət naziri Kim Bon Çer və daha 4 yüksəkrütbəli məmurlar helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.
Cənubi Koreya KİV-i faciənin onların kənar adalara ölkə rəhbərliyindən hədiyyələr apararkən baş verdiyini bildirib.
Hədiyyələrin verilməsi dövlət televiziyası ilə yayımlanmalı idi.
Onların dediyinə görə, hadisə fevralın 14-də baş versə də, həlak olanlar Kim Çen İrin yubileyi münasibətilə təşkil olunmuş bayram tədbirinə görə basdırılmırlar.
Jurnalistlər məlumatı KXDR-nın adının çəkilməyən məxfi qaynaqlardan aldıqlarını deyiblər.
Məlum olub ki, helikopter eniş edərkən quyruq hissəsi yerə keçir. Maşının heyəti və jurnalistlər çıxa bilsələr də, helikopterin partlaması nəticəsində içəridə qalan ticarət naziri və daha 4 ali rütbəli şəxs həlak olub.
Lakin hələ ki, dəfn mərasimi təxirə salınıb. Çünki KXDR –də ölkənin sabiq dlideri Kim Çen İrin yubileyi geniş qeyd olunur.
Məmurlar ancaq tədbirlər qurtarandan sonra torpağa tapşırılacaqlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.