Qreze hər zaman ağır çəkmələr geyinər, tapança və qamçını isə həmişə özündə saxlayarmış
16-02-2012 / 14:40
İrma İda İlza Qreze (alman. Irma Ida Ilse Grese) (1923 — 1945) - Ravensbruk, Auşvis (Osvensim) və Berqen-Belzen faşist ölüm düşərgələrin nəzarətçisi olub. Ləqəbləri "Sarışın şeytan", "Ölüm mələyi", "Gözəl yırtıcı" olub.
Ailə 4 uşaq olyblar. 1936-cı ildə anası intihar edir. İrma lazımi səviyyədə təhsil almayıb. 15 yaşında məktəbi tərk edərək Alman Qızları İttifaqına qoşulub. Burada özünü yaxşı göstərib. 1943-cü ildə Auşvisə keçirilib. Həmin ilin axırında baş nəzarətçi vəzifəsinə təyin edilib. Belə ki, 20-yaşlı qız düşərgə heyətində komendantdan sonra ikinci adama çevrilib. Lakın həmişəlik nəzarətçi işləmək fikrində olmayaraq, daim kinoulduz olmaq istəyini səsləndirirmiş.
Sağ qalmış düşərgə məhbusları İrma Qrezenin qəddarlığını təsdiq ediblər. Məhbuslara zülüm vermək üçün müxtəlif fiziki və emosional üsullardan istifadə edirmiş. O, qadınları döyə-döyə öldürürmüş. Hətta ixtiyarı var imiş ki, güllə atmaqla məhbusları öldürürsün. İtlərini ac saxlayarmışı ki, sonradan öz qurbanlarına qısqırtsın. Şəxsən özü yüzlərlə insanı seçib qaz kameralarına yollayırmış.
Qreze hər zaman ağır çəkmələr geyinərmiş. Tapança və qamçını həmişə özündə saxlayarmış. 1945-ci ildə Berqen-Belzen düşərgəsinə keçirilib. 17 aprel 1945-ci il tarixində ingilislər tərəfindən əsir götürülüb.
Edam edilməmişdən bir gün qabaq öz həmkarı Elizabet Folkenrat ilə gülüb mahnı oxuyurmuşlar. Hətta onun boynuna ilgək keçiriləndə belə özünü çox təmkinli aparırmış. Onun sonuncu sözü isə belə olub: "Tez ol". O bu sözləri boynuna ip keçirən cəlladına - Albert Pirpoynta deyibmiş.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.