8 uşağın həlak olduğu, 30-a yaxın uşağın yaralandığı qəzada qurbanların sayının artacağı istisna olunmur
16-02-2012 / 14:23
Faktxeber.com-un verdiyi məlumata görə, Qüds şəhərinin yaxınlığında məktəb avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 6 fələstinli uşaq həlak olub, lakin qurbanların artacağı istisna olunmur.
Ümumilikdə 30-dan çox uşaq xəsarət alıb. Təcili Yardım xidməti də çoxsaylı zərərçəkənlər barədə məlumat verib.
Toqquşma nəticəsində avtobus yanmağa başlayıb. Yaralıların evakuasiyası getdikcə çətinləşdiyi deyilir. Hadisə yerinə 50-yə yaxın Təcili yardım maşını cəlb edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.