ABŞ-ın HƏDƏLƏRİNƏ BAXMAYARAQ MİSİRLİLƏR "KEMP DEYVİD" SAZİŞİNİN LƏĞVİNDƏ İSRARLIDIR
Bu arada Amerikanın bəzi qurum və təşkilatlara rüşvət verməsi ifşa olunub
16-02-2012 / 13:53
FaktXeber.com-un Misir medialarına istinadən verdiyi məlumata görə, “Müsəlman Qardaşlar” təşkilatının siyasi qanadı olan və bu ölkədə keçirilən parlament seçkilərində qələbə çalan “Azadlıq və Ədalət” partiyası Amerikanın Misirin daxili işlərinə kobudcasına qarışmasını kəskin tənqid edib. O, ABŞ-ın “Kemp Deyvid” sazişinin ləğv olunmaması ilə bağlı bir sıra siyasi partiya, qurum və təşkilatlara rüşvət ödəməsini Misir xalqıının inqilabının və iradəsinin ayaqlar altına atılması kimi xarakterizə edib. Partiyanın sədri Məhəmməd Mersi sözügedən sazişin yaxın zamanlarda ləğv olunacağını və bunun Misir xalqının tələbi olduğunu deyib.
Misirin beynəlxalq əlaqələr naziri xanım Faizə Əbun-nəca araşdırmalar nəticəsində Amerikanın bir sıra qurum və təşkilatlara rüşvət ödəməsini beynəlxalq konvensiyaların-digər ölkələrin daxili işlərinə qarışmama qanununa tam zidd olduğunu açıqlayaraq bu kimi addımların Misir xalqının iradəsinə təhqir hesab edib.
Nəzərinizə çatdıraq ki, “Kemp Deyvid” sazişi 1978-ci ildə Amerikanın vasitəçiliyi ilə İsrail baş naziri Mənaxim Begin və Misir prezidenti Ənvər Sadat arasında imzalanmışdır. Sazişdə İsrail və Misir arasında sülhün bərqərar olması və İsrailin ölkə kimi tanınması nəzərdə tutulurdu. Hələ o zaman Misir xalqı Ənvər Sadatın bu xəyanətini bağışlamadı və nitəcədə sazişdən 2 il sonra hərbi paradda o terror edilərək öldürüldü.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.