PUTİNİN HƏBSİ BARƏDƏ VİDEOROLİK VİRUSLU REKLAM İMİŞ
RF Mədəniyyət Nazirliyi 1999-cu ildə partlayan evlərdən bəhs edən "Rusiyaya sui-qəsd" filminin və sərbəst kinosənədçilər tərəfindən hazırlanan 4 lentin yayım sənədlərini geri alıb
16-02-2012 / 13:40
Faktxeber.com-un verdiyi məlumata görə, «Putinin həbs olunması» videoroliki «Rusiyaya sui-qəsd» filmi üçün reklam treyleri imiş.
YouTube-yə qoyulandan bir gün sonra 2 milyon izləyiciyə sahib olan filmin müəllifi Vadim Korovinin sözlərinə görə, 50 saniyəlik rolik Rusiyanın baş nazirinin Xamovniçeskiy məhkəməsinin iclas zalındakı prosesi barədə xəbər reportajının təqlidi imiş.
Xatırladaq ki, videoda Vladimir Putinə oxşayan şəxs dəmir barmaqlıqlar arxasında əyləşərək «dövlət əmlakını mənimsəməkdə», «maliyyə maxinasiyalarında» ,«vəzifə səlahiyyətlərini aşmaqda» və «əhalini qorxutmaq və hüquq mühafizə orqanlarına təsir etmək üçün üçün terror aktı hazırlamaqda» ittiham olunur.
Xatırladaq ki, RF Mədəniyyət Nazirliyi 1999-cu ildə partlayan evlərdən bəhs edən «Rusiyaya sui-qəsd» filminin və sərbəst kinosənədçilər tərəfindən hazırlanan 4 lentin yayım sənədlərini geri alıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.