YUNANISTANA KREDİT MƏSƏLƏSİ BAZAR ERTƏSİ HƏLL OLUNACAQ
Bu barədə Avroqrupun rəhbəri Jan Klod Yunker məlumat verib
16-02-2012 / 13:21
Faktxeber.com-un verdiyi məlumata görə, Avroqrupun rəhbəri Jan Klod Yunker Yunanıstan üçün ikinci antiböhran krediti barədə qərarın bazar ertəsi həll olunacağını deyib.
Yunker Yunanıstan hökumətinin büdcə xərclərini 325 milyon avroya qədər azaltmağın yolunu tapdığını da vurğulayıb.
Avroqrupun rəhbəri Avrozonanın maliyyə nazirlərinin Afinanın borc öhdəliklərini yerinə yetirməsinə zəmanət üçün Yunanıstan büdcəsinə daha əlverişli monitorinq tətbiq etmək istədiklərini deyib
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.