ÜMUMDÜNYA BANKININ RƏHBƏRİ VƏZİFƏSİNDƏN GETMƏYƏ HAZIRLAŞIR
ABŞ hökuməti bununla əlaqədar olaraq yaxın günlərdə Ümumdünya Bankına namizədləri təqdim etmək fikrindədirlər
16-02-2012 / 12:47
Faktxeber.com-un verdiyi məlumata görə, Ümumdünya Bankının rəhbəri Robert Zellik yayda öz vəzifəsini tərk edəcəyi barədə bəyanat yayıb.
Onun səlahiyyət müddəti iyunun 30-da bitir.
ABŞ hökuməti bununla əlaqədar olaraq yaxın günlərdə Ümumdünya Bankına namizədləri təqdim etmək fikrindədirlər.
Lakin Ağ Evin bəyanatında qeyri-amerikalı namizədi dəstəkləyib-dəstəkləməyəcəkləri barədə bir söz deməyiblər.
Qeyd edək ki, Ümumdünya Bankı yarandığı gündən, rəhbərlik yazılmamış qanunlara əsasən həmişə ABŞ nümayəndəsi olub. Onu da bildirək ki, MVF- üçün amerikalılar bu səyi göstərmirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.