HONDURAS PREZİDENTİ HƏBSXANADAKI YANĞININ SƏBƏBLƏRİNİ ARAŞDIRMAĞA SÖZ VERİB
Porfirio Lobo həbsxanada 300 məhbusun ölümü ilə nəticələnən faciədən sonra cəzaçəkmə müəssisəsinin rəhbərliyini işdən azad edib
16-02-2012 / 12:30
Faktxeber.com-un verdiyi məlumata görə, Honduras prezidenti Porfirio Lobo həbsxanada 300 məhbusun ölümü ilə nəticələnən yanğından sonra cəzaçəkmə müəssisəsinin rəhbərliyini işdən azad edib.
Prezident baş verən faciənin «tam və şəffaf şəkildə» araşdırılması üçün bütün qüvvəsini sərf edəcəyini deyib.
Qısaqapanma, yaxud da məhbuslar arasında qarşıdurma ilkin versiyalardan biri hesab olunur.
Human Rights Watch hüquq mühafizə orqanı qurbanların sayının çoxluğunu həbsxanaın dolu olması ilə əlaqələndirib.
Təşkilatda həmçinin bildiriblər ki, pis saxlanılma şəraiti dustaqların gərginləşməsinə və bu da onların arasında zaman-zaman münaqişələrin yaranmasına səbəb olur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.