SALEH ŞƏKİLLƏRİNİN YƏMƏNİN KÜÇƏLƏRİNDƏN GÖTÜRÜLMƏSİNƏ ƏMR EDİB
Yəmən prezidenti küçələrdə və meydanlarda artıq vitse-prezident Əbdu Rəbbi Mənsuri Hadinin şəkillərinin qoyulması bapədə göstəriş verib
16-02-2012 / 12:00
Faktxeber.com-un verdiyi məlumata görə, Yəmən prezidenti Əli Abdulla Saleh küçələrdə və meydanlarda qoyulan şəkillərini vitse-prezident Əbd Rəbb Mənsudri Hadinin fotoları ilə əvəz edilməsi barədə göstəriş verib.
Qeyd edək ki, gələn həftə Əli Abdullah Salehin hökuməti vitse-prezidentə təhvil verəcəyi gözlənilir.
Yəmən prezidenti Fars Körfəzi dövlətlərinin vasitəçiliyi ilə keçirilən müzakirələrdən sonra öz səlahiyyətlərini təhvil vermək haqqında razılıq verib.
Xatırladaq ki, Əli Abdullah Saleh hazırda ABŞ-da müalicə alır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.