"ƏDALƏT" QƏZETİNİN BAŞ REDAKTORUNUN OĞLU POLİS RƏİSİ OLDU
Bakının polis orqanlarına yeni təyinat edilib
16-02-2012 / 11:52
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Tuncay Abbasov Bakı Şəhər Baş Polis İdarəsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi təyin edilib.
T. Abbasov bundan əvvəl Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin rəis müavini vəzifəsində çalışıb.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Fəqan Azadəliyev isə bir müddət əvvəl Yardımlı Rayon Polis Şöbəsinə rəis təyin edilib./APA
Qeyd edək ki, T. Abbasov Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbasın oğludur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.