Amnesty International Liviyanın qərbində fəaliyyət göstərən üsyançıların məhkəməsiz, istintaqsız işgəncə və edamlar həyata keçirdiyi, həmçinin insanların ittihamnamə təqdim edilmədən, səbəbsiz yerə saxlanıldığı haqqında hesabat yayıb
16-02-2012 / 11:36
Faktxeber.com-un verdiyi məlumata görə, Amnesty International hüquq müdafiə orqanı silahlı qruplaşmanın Liviyanın sabitliyinə və təhlükəsizliyinə böyük hədə olduğu haqqında bəyanat yayıb.
Onların sözlərinə görə, silahlı qruplaşmalar Müəmmar Qəzzafinin devrilməsində iştirak edən sabiq üsyançılardan təşkil olunub.
Hesabatda üsyançıların Liviyanın qərbində fəaliyyət göstərdiyi deyilib: «Qruplaşma üzvləri məhkəməsiz, istintaqsız işgəncə və edamlar həyata keçirir, həmçinin insanlar ittihamnamə təqdim edilmədən, səbəbsiz yerə saxlanılır».
Qruplaşmanın əsas qurbanları əsasən miqrantlardır. Hüquq müdafiəçilərinin sözlərinə görə yeni hökumət bu cinayətlərini qarşısını ala və təqsirkarları cəzalandıra bilməyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.