Misir Mərdanov: "Azərbaycanın orta məktəblərində 12 illik təhsilə keçidlə bağlı qanunvericilikdə dəyişiklik olunacaq"
16-02-2012 / 11:35
FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, “Təhsil haqqında” qanun qəbul olunarkən, Təhsil Nazirliyi ciddi-cəhdlə orta məktəblərdə 12 illik təhsil sisteminə keçirilməsinə çalışıb. Amma qanunun qəbulundan bir müddət keçəndən sonra hamı gördü ki, bir çox ölkələrdə – dünya ölkələrinin təxminən 90 faizində məhz 12 illik təhsil tətbiq olunur: "Ona görə də yəqin ki, bizim də qanunvericilikdə dəyişiklik olunacaq və 12 illik təhsilə keçməklə bağlı qərar qəbul ediləcək”.
Nazir əlavə olaraq vurğulayıb ki, 12 illik təhsilə keçilərsə, 10 illik təhsil icbari olacaq, qalan 2 illik təhsili isə şagirdlər əsasən, ali məktəblərə gedərkən verəcəkləri qəbul imtahanları üzrə hazırlaşacaqlar və bu da repetitorluğun sonu deməkdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.